Saatlıda 4 kəndin əhalisi köçürülür
Bu gün saat 11.30 radələrindən Sarısu gölünün Saatlı rayonunun Dəllər kəndi hissəsində su axını başlayıb.
Rayonun Hacıqasımlı kənd icra nümayəndəsi Əlbilal Əsədov Lent.az-a bildirib ki, təhlükəli vəziyyətlə əlaqədar olaraq 4 kəndin əhalisinin köçürülməsinə başlanılıb. Bunlar Dəllər, Novruzlu, Nərimankənd və Musalı kəndləridir: “Həmin kəndlər subasma təhlükəsilə üz-üzə qalıb. Su bu sürətlə getsə, sabaha hər 4 kəndin evlərini su basacaq. Ona görə də adıçəkilən kəndlərin əhalisinin köçürülməsinə başlanılıb ki, insan tələfatı olmasın. Hazırda dövlət qurumlarının əməkdaşları bu işlə məşğuldur”.
İcra nümayəndəsi bildirib ki, hazırda bölgədə külək əsir. Bu isə bəndvurma işlərinə maneçilik törədir.
Qeyd edək ki, adıçəkilən kəndlərdən başqa Saatlı rayonunun Hacıqasımlı da daxil olmaqla daha bir neçə kəndinin əkin sahələrini su basıb.
Pərvin ABBASOV

434