“Ermənilər belimə bomba qoyublar” deyənə 3 il həbs cəzası
24 may 2010 13:45 (UTC +04:00)

“Ermənilər belimə bomba qoyublar” deyənə 3 il həbs cəzası

Mayın 24-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bomba qoyulması ilə bağlı yalandan məlumat verən Beyləqan rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Lent.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Xəlilov Mirani Firəddin oğluna hökm oxunub. Hökmə əsasən, M.Xəlilov 3 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, bu il yanvarın 20-də naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə zəng edərək “ermənilər belimə bomba qoyublar” deyərək telefonu qapadıb. Əməliyyat tədbirləri nəticəsində məlumat təsdiqini tapmayıb. Aparılmış araşdırmalar zamanı zəngin Mirani Xəlilov tərəfindən edilməsi müəyyənləşib.


Qeyd edək ki, M. Xəlilov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı (terror barədə yalandan məlumat vermə) maddəsi ilə ittiham olunub.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21