Şahid: “Hadisə günü Nadir qorxusundan Neft Akademiyasına getməyib”
Mayın 24-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ötən ilin aprel ayında baş verən qətliamla bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cavidan Amirovla ibtidai istintaq vaxtı bir kamerada qalan Orxan Babayev şahid qismində ifadə verib. O.Babayevin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadəsi arasında kəskin ziddiyyət yaranıb. Bu səbəbdən hakim O.Babayevin ibtidai istintaqa verdiyi ifadəni elan edib. Həmin ifadədə göstərilir ki, C.Amirov O. Babayevə hadisədən xəbərdar olduğunu, Mardun adlı erməni tərəfindən Neft Akademiyasında cinayət törədilməsi üçün sifariş verildiyini və Fərdanın silahı Gürcüstanda Sergey adlı şəxsdən aldığını söyləyib. Lakin məhkəməyə ifadəsində bütün bunlardan xəbərsiz olduğunu söyləyib: “Mardun barəsində heç nə bilmirəm və heç nə deməmişəm”.
Daha sonra təqsirləndirilən Nadir Əliyevlə bir kamerada saxlanılan Kamran Cəlalov ifadə verib. Dələduzluq və mənimsəmədə təqsirli bilinərək 13 il həb cəzası almış K. Cəlalov ifadəsində N.Əliyevlə hadisə barəsində söhbət etdiyini söyləyib: “Nadir deyirdi ki, Fərda Qədirovun törədəcəyi hadisədən Gürcüstanda yaşayan bir erməninin xəbəri olub. Nadir Cavidanın da bu işdən xəbəri olduğunu deyirdi. Lakin hadisə baş verən gün Nadir qorxusundan Neft Akademiyasına getməyib”.
Bundan sonra K.Cəlalovun ibtidai istintaqda verdiyi ifadəsi elan olunub. Həmin ifadədə bildirilir ki, Fərda Qədirov kirayə qaldığı evdə Nadir Əliyevin başına silah dayayıb və törədəcəyi cinayətdə iştirak etməsini tələb edib, hadisə barəsində bir kəsə məlumat verəcəyi təqdirdə onu öldürəcəyini söyləyib. Cinayəti həyata keçirdikdən sonra isə Nadirə 1000 manatı Moskva şəhərində verəcək. Nadir dedi ki, “28 may” metrostansiyasının qarşısında Fərdanı görüb, lakin ona yaxınlaşmayıb. O, Cavidan Amirovun Fərda ilə Bakıda mütəmadi görüşdüyünü söyləyirdi. Cavidan Fərdanın silahı ilə evlərinin zirzəmisində məşq də edib”.
C. Amirov məhkəmədən Ceyhun Əsgərov adlı şəxsin də şahid qismində məhkəmədə ifadə verməsinin təmin olunmasını xahiş edib.
Hakim R.Allhaverdiyeva Gürcüstanda yaşayan şahidlərin məhkəmə gətirilməsi üçün teleqram vurulduğunu bildirib.
Proses mayın 26-da davam etdiriləcək.
Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.
Amirov Cavidan Fərman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb.
Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Fərid Əkbərov

608