Çaylarda suyun səviyyəsi azalır
24 may 2010 11:30 (UTC +04:00)

Çaylarda suyun səviyyəsi azalır

Son bir gün ərzində kür və Araz çaylarında suyun səviyyəsində azalma müşahidə olunur.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, bu gün respublikanın Kür, Araz və Qanıx çaylarında səviyyənin fərqi və su sərfi haqqında mövcud vəziyyət aşağıdakı kimidir:



Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyə 396 sm, su sərfi 640 m3/s təşkil edir (səviyyə 6 sm azalıb).
Kür çayının Yevlax məntəqəsində səviyyə 392 sm, su sərfi 731 m3/s təşkil edir (səviyyə 7 sm azalıb).
Kür çayının Zərdab məntəqəsində səviyyə 774 sm, su sərfi 906 m3/s təşkil edir (səviyyə 1 sm artıb).
Kür çayının Surra məntəqəsində səviyyə 928 sm, su sərfi 1815 m3/s təşkil edir (səviyyə 13 sm azalıb).
Kür çayının Şirvan məntəqəsində səviyyə 815 sm təşkil edir (səviyyə 27 sm azalıb)
Kür çayının Salyan məntəqəsində səviyyə 813 sm, su sərfi 1600 m3/s təşkil edir (səviyyə 7 sm azalıb).
Kür çayının Bankə məntəqəsində səviyyə 488 sm təşkil edir (səviyyə dəyişməyib).
Araz çayının Novruzlu məntəqəsində səviyyə 706 sm, su sərfi 729 m3/s təşkil edir (səviyyə 11 sm azalıb).
Qanıx çayının Əyriçay məntəqəsində səviyyə 768 sm, su sərfi 305 m3/s təşkil edir (səviyyə 6 sm artıb).

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 411

Oxşar yazılar