“Təbii fəlakətdən zərər çəkənlərə kompensasiya veriləcək”
22 may 2010 15:00 (UTC +04:00)

“Təbii fəlakətdən zərər çəkənlərə kompensasiya veriləcək”

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev sel fəlakəti ilə bağlı İmişlidə yaradılmış yeni qərargahda olub.


APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, nazir əhaliyə dəymiş ziyanın mütəxəssislər tərəfindən araşdırıldığını deyib. O, vətəndaşlara dəymiş ziyanla yanaşı, sahibkarlıq subyektlərinə dəymiş ziyanın da hesablanacağını söyləyib. Nazir bildirib ki, ödəniləcək kompensasiyalarla yanaşı, fermerlərə güzəştli kreditlərin verilməsi məsələsinə də baxılacaq: “Fəlakət zonasında zərər çəkmiş əhali kompensasiya alacaq. Bu istiqamətdə hökumət bütün tədbirləri görür”.


Ş. Mustafayev əlavə edib ki, təbii fəlakət zonasındakı sahibkarlara verilmiş kreditlərin faizlərinin dondurulması məsələsinə də baxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 390

Oxşar yazılar