Əhməd Əhmədzadə: “Kritik vəziyyət davam edir”
Kür çayında suyun səviyyəsinin artması ilə bağlı kritik vəziyyət davam edir. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu fikirləri “Melorasiya və su təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə söyləyib.
Onun sözlərinə görə, hazırda Kür çayında suyun sürəti saniyədə 2570 kubmetrdir. Sabirabadın Surra məntəqəsində quraşdırılmış cədvəl isə 9.50-ni göstərir. Ümumilikdə fəlakət zonasında FHN, DİN və digər müvafiq qurumlar çalışır. Bu gecə saat 4.00-dək Mürsəlli kəndində bənd bərkitmə işləri davam etdirilib. Saat 05.00-dan sonra işlər Qaragüney zonasında davam etdirilib.
Ə. Əhmədzadə onu bildirib ki, Sarısu gölü ətrafında kritik vəziyyət davam edir: “Həmin ərazidə texnikanın işləməsi üçün yeni yolun çəkilməsinə hazırlıq işləri gedir. Araz çayının da yeni qolunun açılması üçün hazırlıq işləri gedir. Arazın yeni qolu ən kritik vəziyyətdə açılacaq. Hələlik həmin qolu 2 gün müddətinə açmaq niyyətimiz yoxdur”.

892