Mingəçevir su anbarında suyun nominal həddə çatmasına 1 sm qalıb
Araz su anbarında suyun səviyyəsi azalıb
Son bir sutka ərzində Kür və Araz çaylarının səviyyələrində azalma müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən bildirilib ki, dünən səhər saat 8.00-dan bu gün 8.00-a olan məlumata görə, Kürün səviyyəsi Qıraq Kəsəməndə 412 sm təşkil edib, səviyyə 6 sm azalıb. Yevlaxda səviyyə 366 sm təşkil edib, səviyyə 29 sm azalıb, Zərdab məntəqəsində səviyyə 2 sm artaraq 770 sm təşkil edib. Şirvanda suyun səviyyəsi 1 sm (səviyyə 846 sm), Surrada 3 sm (səviyyə 950), Salyanda 1 sm (səviyyə 824 sm), Bankədə 3 sm (səviyyə 490 sm) azalıb. Araz çayının səviyyəsi Novruzlu məntəqəsində 7 sm azalaraq 724 sm təşkil edib. Qanıx çayının səviyyəsi isə Əyriçayda 770 sm təşkil edərək 10 sm artıb.
Araz su anbarında suyun səviyyəsində azalma müşahidə edilir. Hazırda anbarda suyun səviyyəsi 777,75 m təşkil edir. Mingəçevir su anbarında isə səviyyə artaraq 82,99 m-ə çatıb.
Qeyd edək ki, anbarda suyun nominal səviyyəsi 83 m olduğundan bu səviyyəyə çatmağa cəmi 1 santimetr qalıb.

499