Kazinoda güllələnən azərbaycanlı qadının daxili orqanları bağışlanıb
Onun ürəyi və 2 böyrəyi 3 xəstəyə köçürüləcək
Bir neçə gün əvvəl Türkiyənin Dənizli vilayətində kazinoda güllələnən azərbaycanlı Xəyalə Əliyevanın beyni funksiyasını itirib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kazinoda işləyən 27 yaşlı Xəyalə Əliyevanı həmin kazinonun sahibi H.K. güllələyib. X.Əliyevanın H.K.-nın sevgilisi olduğu müəyyənləşib. Başından güllə yarası alan Xəyalə bir neçə gün əvvəl yolun kənarından tapılıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Həkimlər hadisədən sonra Türkiyəyə gedən valideynlərinə onun beyninin funksiyasını itirməsi barədə məlumat veriblər. Ailəsi gənc qadının daxili orqanlarını bağışlayıb. Onun ürəyi və 2 böyrəyinin 3 xəstəyə köçürüləcəyi bildirilib.
Atası Novruz Verdiyev qızını 5 ay əvvəl gördüyünü, meyiti Azərbaycana gətirib, burada dəfn edəcəyini deyib.

493