Osmanlı-Azadkənd mənzilində 5 yerdə dəmir yolu yatağı yarılıb
Sel suları üçün çarə axtarılır
Kür çayının məcrasından çıxması və suyun səviyyəsinin qalxması ilə əlaqədar bütün nəqliyyat-yol kompleksi, o cümlədən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi gücləndirilmiş iş rejiminə keçib.
Lent.az-ın Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, daşqınlar nəticəsində dəmir yolunun Şirvan-Astara istiqamətində problemlər yaranıb.
9 may saat 16.30-dan etibarən Astara istiqamətində qatarların hərəkəti dayandırılıb.
Osmanlı-Azadkənd mənzilini sel suları basdığına görə 15-ci km-də subasmanın qarşısını almaq üçün yarılan yol yatağı 80 metrə qədər genişlənib. Son məlumata görə, həmin istiqamətdə 10 kilometrə yaxın yolun torpaq yatağı sel suları nəticəsində çökməyə məruz qalıb. Artıq bərpa işləri gedir. Daşqınların yaratdığı fəsadları aradan qaldırmaq üçün Osmanlı-Azadkənd mənzilini 15-ci kilometrində yeni körpünün salınmasının və yolun bərpasının layihəsi hazırlanır.
Ümumiyyətlə, 6-7 may 2010-cu ildə Kür çayının daşması ilə əlaqədar Şirvan-Osmanlı və Azadkənd sahəsində dəmir yolunda görüləcək işlər aşağıdakılardan ibarətdir: 2 ədəd 2000 mm-lik dəmir-beton borunun tikintisi; 100 p/m. yolun torpaq yatağının bərpası; 100 p/m. yolun üst quruluşu elementlərinin (rels şpal, bərkidicilər və ballast qatı) quraşdırılması; 10 km məsafədə torpaq yatağında yaranmış bir tərəfli yatmaların ləğv olunması; rabitə və yan elektrik xətlərinin bərpa olunması.
Bu arada dəmir yolunun Şirvan-Astara istiqamətində daşqınların yaratdığı fəsadlar artmaqda davam edir. Kürdə suyun səviyyəsinin artması ilə əlaqədar dəmir yolunun Azadkənd-Salmanlı mənzilinin 19-cu, 21-ci ( 2 yerdə) və 24-cü kilometrlərində də subasmanın qarşısını almaq məqsədi ilə dəmir yolunun yatağının altından suyun digər istiqamətə ötürülməsi dəmir yolu xəttinin altından yol açılıb.

447