Yanacaqdoldurma məntəqəsinə basqın olub
Bakı-Qazax yolunun Ağdaş rayonunun Əmirarx kəndindən keçən hissəsində yerləşən “Rodan” yanacaqdoldurma məntəqəsinə basqın olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə mayın 19-u gecə saat 4.00 radələrində baş verib. “VAZ 2107” markalı avtomobillə məntəqəyə gələn 4 naməlum şəxs bıçaqla orada işləyən iki nəfəri hədələyərək 600 manat pul götürüb, ərazini tərk ediblər. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

363