Sabirabadın Azada kəndi bütövlükdə su altında qala bilər
Kəndə gedən yollar bağlanıb, bir neçə ev su altında qalıb
Kürün Sabirabad rayonunun Azada kəndi istiqamətində bəndi yarması nəticəsində kəndin bütövlükdə su altında qalma təhlükəsi var.
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, kəndə gedən yollar bağlanıb, sonuncu giriş də bağlanmaq üzrədir. Kənddə bir neçə ev su altında qalıb. Bəzi evlər isə uçub.
Su axını kəndi basmaqda davam edir.
Su Sabirabadın Polad Toğayı kəndi istiqamətində irəliləyir.
Suyun qarşısını almaq üçün iki istiqamətdə bəndlər görülür. Əraziyə çoxlu sayda texnika və canlı qüvvə cəlb olunub.

465