1-ci kurs tələbəsi özünü öldürüb
Əzim Əzimzadə adına Heykəltəraşlıq Texnikumunun tələbəsi özünü yaşadığı evin həyətində asıb
Bakıda tələbə özünü öldürüb. Bu barədə APA-ya Xətai rayon Prokurorluğundan bildirilib. Hadisə mayın 18-dən 19-a keçən gecə rayonun Əhmədli qəsəbəsi ev, 26 A ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, İmişli rayon sakini, 17 yaşlı Emin Aydın oğlu Cabbarov özünü yaşadığı evin həyətində dəmir borudan asıb. Onun meyiti səhər saatlarında aşkarlanıb. E. Cabbarovun özünə qəsd etməsinin səbəbləri barədə hələlik heç bir məlumat yoxdur. Onun Əzim Əzimzadə adına Heykəltəraşlıq Texnikumunun 1-ci kurs tələbəsi olduğu bildirilir.
Faktla bağlı Xətai rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

460