Gədəbəyi sel basdı, dolu vurdu
10 kəndi birləşdirən 60 metrlik aşırma körpü qəzalı vəziyyətə düşüb
Mayın 9-da Gədəbəydə təxminən 3 saata yaxın yağan yağış və dolu nəticəsində əmələ gələn sel suları rayona xeyli zərər vurub. Gədəbəy rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasının sədri Qüdrət Paşayevin Lent.az-ın Gəncəbasar müxbirinə verdiyi məlumata görə, əhalinin əsas gəlir mənbəyi hesab edilən kartofçuluğa ciddi ziyan dəyib.
Əsasən Kiçik Qaramurad, Dəyirmandağ, Gərgər, Şəkərbəy, Əmiraslanlı və Düzyurd kəndlərində əkin sahələri tamamilə suyun altında qalıb. Kənd yolları da su içərisində qalıb və yararsız vəziyyətə düşüb. Gərgər kəndində əhalinin 5 baş iri və xırda mal-qarasını sel suları aparıb.
Yağıntılardan sonra rayonun Kiçik Qaramurad kəndi üzərində tikilən və 10 kəndi birləşdirən 60 lik aşırma körpü yenidən qəzalı əziyyətə düşüb. Körpü ötən il də sel suları nəticəsində sıradan çıxmışdı.
Hazırda rayona dəyən maddi ziyan araşdırılır. Yollarda təmir işlərinə başlanılıb.
Vüsalə Cənnətova

385