“Akademiyadakı terrorun sifarişçisi olan erməni Marneulidə yaşayır”
Fərda Qədirovun bibisi: “Qumaşyan heç yerə qaçmayıb”
Mayın 11-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində baş vermiş qanlı olayla bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Fərda Qədirovun bibisi, təqsirləndirilən Cavidan Amirovun anası, Gürcüstan Respublikası, Marneuli rayonu, Daştəpə kənd sakini Rəna Qədirova şahid qismində ifadə verib. O, F.Qədirovu sakit uşaq kimi tanıdığını və onun bu cinayəti törətdiyinə inanmadığını söyləyib: “Kəndə 3 ay idi ki, gəlmişdi. Heç kəslə danışmırdı. Aradabir bizə gəlirdi. Ona deyirdim ki, gəlsin bizdə qalsın, bişirdiyim yeməkdən yesin, paltarlarını yuyum. Fərda “mən səndən də yaxşı yemək bişirirəm, yaxşı da paltar yuyuram” deyirdi ki Elə bil, həyatdan küsmüşdü, ailəsindən də incimişdi. Xalası qızını ona almaq istəyirdilər. Lakin qız razı olmamışdı. Bundan sonra Fərda acıq edib Rusiyadan qayıtmışdı. O deyirdi ki, heç vaxt evlənməyəcək. Əgər Fərda bu cinayəti törədibsə, onun kəlləsinə lənət olsun”.
R.Qədirova hadisə barədə ilk dəfə televizordan eşitdiyini deyib :“Oğlum Cavidanın bu işdə əli yoxdur, o, günahsızdır. Cavidan fəhlə işləyib. Onun əlləri qabar-qabardır. Mənim oğlum telefonun zibilinə düşüb. Onu birinci dəfə tutandan sonra buraxıblar. Sonra guya ondan narkotik vasitə tapıblar”.
R.Qədirova istintaq materiallarında bu cinayətin sifarişçisi kimi adı hallanan Mardun Qumaşyanı tanıdığını söyləyib: “Həmin erməni hazırda Şulaver stansiyası adlanan yerdə yaşayır. O, çörək bişirib satmaqla məşğuldur. Hadisə baş verəndən sonra yoldaşım, kəndçilərin bir çoxu onun yanına getdi. Qumaşyan kəndlilərə and-aman elədi ki, bu uşaqlardan heç birini tanımır. O, günahının olmadığını bildirib. Hətta o, kəndçilərə heç yerə qaçmayacağını da söyləyib. Deyir ki, qaçsa, hamı ondan şübhələnəcək”.
Sonra prosesdə şahid qismində F.Qədirovun həmkəndlisi Rasim Əsgərov ifadə verib. O, F.Qədirovu 2009-cu ilin aprel ayının sonlarında gördüyünü söyləyib: “Qaraçuxurda kirayədə qaldığım evin yanında Fərdanı gördüm. Onun burda nə etdiyini soruşdum. Fərda Podolskidə bir yerdə olduğu dostunu gözlədiyini bildirdi. Mən onu evimə dəvət elədim. Fərda gələ bilməyəcəyini, tələsdiyini söylədi”.
Şahid qismində ifadə verən Neft Akademiyasının tələbəsi Zaur Məmmədov hadisənin təfərrüatları barəsində danışıb. O, hadisəni videolentə aldığını bildirib: “Həmin gün bizə imtahan idi. Partlayış səsləri eşidildi. Tez dəhlizə çıxdım. Dəhlizdə bir neçə nəfər qan içində yerə uzanmışdı. Mən telefonun kamerası ilə çəkməyə başladım. Bu zaman əli silahlı bir şəxsin güllə ata-ata gəldiyini gördüm. Onunla üz-üzə gəldim. Atəş açmağa başladı, mən qaçdım”.
Z.Məmmədov əli silahlı şəxsin F. Qədirova oxşamadığını söyləyib: “Silahlı şəxsin əynindəki paltar ağ rəngdə idi. Lakin sonradan göstərilən şəxsin əynində isə qara paltar var idi”.
Daha sonra prosesdə təqsirləndirilən Nəcəf Süleymanovun anası Rəsmiyyə Süleymanova ifadə verib. O, oğlunun günahsız olduğunu söyləyib: “Nəcəf Bakıda olurdu. O, gec-gec Gürcüstana gəlirdi. Fərda ilə də əlaqəsi heç vaxt olmayıb”.
Proses mayın 12-də davam etdiriləcək.
Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.
Amirov Cavidan Fərman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sürsatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb.
Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Fərid Əkbərov

455