Hərbi Dəniz donanmasının əsgəri güllələndi
11 may 2010 13:30 (UTC +04:00)

Hərbi Dəniz donanmasının əsgəri güllələndi

Mayın 10-da Bakı şəhərində Hərbi Dəniz donanmasında xidmət edən əsgər öz əsgər yoldaşı tərəfindən öldürülüb. Ölən əsgər 1990-cı il təvəllüdlü Elçin Kərimovun qohumlarının Lent.az-a verdiyi məlumata görə, o, Şəmkir rayonundan hərbi xidmətə çağırılmış və hələlik adı açıqlanmayan əsgər tərəfindən avtomatla qətlə yetirilib.

Bakı Hərbi Prokurorluğu hadisənin baş verməsini Lent.az-a təsdiqləyib və hadisənin donanmanın qurudakı postunda baş verdiyini bildirib.

Elçin Kərimovun qohumlarının söylədiyinə görə, 1 il, 6 ay qulluq edən əsgərin hərbi xidmətinin bitməsinə 50 gün qalıbmış.

Vüsalə Cənnətova, Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar