Azərbaycan ordusunun əsgəri öz əsgər yoldaşını öldürüb
11 may 2010 13:15 (UTC +04:00)

Azərbaycan ordusunun əsgəri öz əsgər yoldaşını öldürüb

Əsgərə avtomat silahdan 3 dəfə atəş açılıb

Mayın 10-da Gəncə şəhər Kəpəz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan, Bakı şəhərində Hərbi Dəniz donanmasında xidmət edən əsgər, 1990-cı il təvəllüdlü Kərimov Elçin Zirəddin oğlu öz əsgər yoldaşı tərəfindən öldürülüb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə qətlə yetirilmiş əsgərin qohumu Famil Musazadə bildirib. Onun sözlərinə görə, 1 il yarım qulluq edən əsgərin hərbi xidmətini bitirməsinə 50 gün qalmışdı.

Hadisə mayın 10-da saat 16:20 radələrində baş verib. Elçin Şəmkir rayonundan olduğu bildirilən əsgər yoldaşı tərəfindən öldürülüb. Sinəsinə avtomat silahdan 3 dəfə atəş açılıb. Hadisənin təsadüfdən baş verdiyi və əsgərin saxlanıldığı bildirilir.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 398

Oxşar yazılar