Zərdabda 884 evi su basıb
34 ev tamam uçub, 74 mənzil isə qəzalı vəziyyətdədir
Kür, Göyçay və Türyançay çaylarında suyun səviyyəsinin həddindən çox artması səbəbindən yaranan təbii fəlakətlə əlaqədar Zərdabda 884 həyəti su basıb, 34 ev tamamilə uçub, 74 ev qəzalı vəziyyətə düşüb, 34 evin sakinləri daha təhlükəsiz ərazilərə evakuasiya olunub.
Bunlarla yanaşı, 2 sosial obyekti tamamilə su basıb, 2 körpü qəzalı vəziyyətə düşüb, 2000 hektar əkin sahəsi su altında qalıb. Lent.az-ın Zərdab rayon İcra Hakimiyyətinin saytına istinadən verdiyi xəbərə görə, bənd bərkitmə işlərinə 7 traktor, 5 buldozer, 21 ədəd digər texnika cəlb olunub. Həyətlərdən suyun çəkilməsi üçünsə 130 su nasosundan istifadə edilir.
Fövqəladə Hallar Nazirliyi tərəfindən 3 ədəd su çəkən maşın, 16 ədəd su nasosu ayrılıb, 51 əsgər və zabit cəlb olunub. Nasoslar Gəlmə, Çallı, Əlibəyli kəndlərində və şəhər mərkəzində quraşdırılıb. “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən də 8 ədəd əlavə texnika, şəhər mərkəzindən və digər kəndlərdən 26 ədəd əlavə texnika bənd bərkitmə işlərinə cəlb edilib. 30 ədəd çadır qurulub. Zərdab şəhər, Təzəkənd, Əlibəyli, Çallı, Alıcanlı, Xanməmmədli, Aşağı Seyidlər, Şəftəhal, Ağabağı, Allahqulubağı kəndləri ərazisində bənd bərkitmə işlərinə 3 200 nəfər cəlb olunub, şəhər mərkəzində və kəndlərdə bəndlərə 28 000 kisə torpaq vurulub.
“Azərsu” Birləşmiş Su Kanal MMC-nin sədri Etibar Məmmədov 10 ədəd su maşını və 18 nəfər heyətlə rayona gəlib. Bənd bərkitmə işlərinin aparılması məqsədilə “Azəryolservis” departamentinin sədr müavini Hüseyn Bayramov 14 nəfər şəxsi heyətlə rayona baş çəkib.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev də təbii fəlakətlə əlaqədar rayona gələrək əhalinin köçürüldüyü çadırlarda və Rayon Mərkəzi Xəstəxanasında olub.
Məlumata görə, Kür ətrafı kəndlərdə bəndlərə təhlükə yaradan evlərin sökülməsi barədə vətəndaşlara xəbərdarlıq edilməsinə baxmayaraq, əhali köçmür, müvafiq qurumların köməyinə ehtiyac var. Ağabağı kəndində transformator su içərisindədir, transformatorun yeri təxirə salınmadan dəyişdirilməlidir. Ağabağı, Qaravəlli, Nəzəralılı kəndlərində mühafizə bəndlərində ciddi sızmalar var, köməyə və əhalinin, mal-qaranın köçürülməsinə ehtiyac var. Türyançay və Göyçay çaylarında hazırda təhlükə olmadığı üçün həmin ərazilərdə işləməsi nəzərdə tutulan “Əfqan” və “Əlibəyli” şirkətlərinin texnikaları Kür çayının mühafizə bəndinin möhkəmləndirilməsinə cəlb olunub. Rayonda 50-yə yaxın KAMAZ və digər markalı yük maşınlarına ehtiyac var.

504