Dövlət Yol Polisi sel fəlakəti ilə əlaqədar sürücülərə müraciət edib
08 may 2010 17:00 (UTC +04:00)

Dövlət Yol Polisi sel fəlakəti ilə əlaqədar sürücülərə müraciət edib

Respublika Baş Dövlət Yol Polisi İdarəsi bölgələrdə baş vermiş təbii fəlakətlə əlaqədar sürücülərə müraciət edib.


BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bəzi rayonları su basması və yolların bağlanması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkət istiqamətinin dəyişdirildiyini bildirib.


Onun sözlərinə görə, paytaxtdan rayonlara və əks istiqamətdə hərəkət edən nəqliyyat istifadəçilərindən, Şirvan - Sabirabad yolunun bağlanması ilə əlaqədar Sabirabad rayonu istiqamətində getmək üçün Hacıqabul-Padarçöl, İmişli və Saatlı rayonlarına getmək üçün isə Salyan-Biləsuvar yolundan istifadə etmələri xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 393

Oxşar yazılar