Sabirabadda sutəmizləyici qurğunu su basıb
Quruzma kəndindəki sutəmizləyici 8 gündür ki, fəaliyyətini dayandırıb
Kür çayın daşması nəticəsində Sabirabad rayonunu Quruzma kəndindəki sutəmizləyici qurğunu su basıb.
Quruzma kənd sakini, sutəmizləyici qurğunun operatoru Arif Məmmədov Lent.az-a bildirib ki, artıq səkkizinci gündür, qurğu tamamilə suyun altında qalıb. Onun sözlərinə görə, bu barədə həm Quruzma kənd bələdiyyəsinə, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təcili məlumat verilib.
Arif Məmmədov deyib ki, artıq 8 gündür sutəmizləyici qurğu fəaliyyətini dayandırıb. Ancaq bu gecədən Kürdə suyun səviyyəsi nisbətən aşağı düşməyə başlayıb. Onun sözlərinə görə, çayda suyun səviyyəsi normal vəziyyətə qayıtdıqdan sonra sutəmizləyici qurğudakı avadanlıq da işə salınacaq. Sel təhlükəsi yaranmadığı təqdirdə qurğu vasitəsilə 1-2 gündən sonra əhaliyə suyun verilməsi mümkün olacaq.
Elxan SALAHOV

395