Şirvan sakini özünü Baş Şirvan Kollektoruna atıb
08 may 2010 13:00 (UTC +04:00)

Şirvan sakini özünü Baş Şirvan Kollektoruna atıb

Şirvan şəhərində intihar hadisəsi baş verib.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Prokurorluğundan bildirilib.

Hadisə bu gün səhər saatlarında qeydə alınıb. Rayon sakini, 1961-ci il təvəllüdlü Hamlet Böyükkişi oğlu Həsənov özünü Baş Şirvan Kollektoruna atıb. Hələlik onun meyitini tapmaq mümkün olmayıb.


Prokurorluqdan H. Həsənovun özünə qəsd etməsinin səbəbləri barədə ətraflı məlumat verilməsə də, onun külli miqdarda borcu olduğu bildirilir.


Faktla bağlı cinayət işi başlanıb, meyitin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 369

Oxşar yazılar