Dərbənddəki partlayışda 1 azərbaycanlı yaralanıb
Dərbənddə baş verən partlayışda yaralananlar arasında bir Azərbaycan vətəndaşı da var.
APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a Dağıstan hüquq-mühafizə orqanlarından bildirilib. Partlayış nəticəsində 1 nəfər həlak olub, 7 nəfər yaralanıb. Yaralılardan 3-ü milisdir. Milislərdən birinin vəziyyəti ağırdır, digər ikisi isə ilkin tibbi yardımdan sonra ev buraxılıb.
Yaralanan milislər hadisə baş verərkən Dərbənd dəmir yolu vağzalında xidmətdə olublar. Vağzaldakı zibil qutusuna qoyulmuş partlayıcı sərnişinlər Mahaçqala-Dərbənd qatarından düşən vaxt işə düşüb.
Faktla bağlı araşdırmalar aparılır.
Hüquq-mühafizə orqanlarından o bildirilib ki, Dağıstanın müvafiq orqanları partlayışın hazırlanması barədə əvvəldən məlumata malik olub.
Qeyd edək ki, Dərbənd dəmir yolu vağzalında partlayış mayın 7-də Moskva vaxtı ilə saat 21.05-də (Bakı vaxtı ilə saat 22.05) baş verib. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin terror və digər maddələri üzrə cinayət işi başlanıb, istintaq gedir.

357