Şirvanda 1 metr hündürlükdə sel
Şirvan şəhərinin Bayramlı qəsəbəsinin hər iki qoruyucu bəndini yaran Kür çayı qəsəbəyə gedən avtomobil yolunda 1 metrdən artıq hündürlüyü olan sürətli axın yaradıb.
Lent.az-ın əməkdaşı bölgə sakinləri əlaqə saxlayıb. Sakinlər bildiriblər ki, Şirvan şəhərinin Kürün sol sahilində yerləşən əsas hissəsi üçün su basma təhlükəsi yoxdur. Sağ sahildə sürətli axın Sabirabadın kəndləri istiqamətində axır, yolun üzərində yerləşən DYP postuna yaxınlaşır. Su “15 göl” adlanan dəmiryol massivinə istiqamətlənib.
Qeyd edək ki, Şirvanın bu qəsəbəsi Kürün sağ sahilində, Sabirabad istiqamətində yerləşir.
5 mindən çox əhalisi olan Bayramlı qəsəbəsində sakinlərin hamısı qəsəbəni tərk edib, əraziyə avtomobillərin hərəkəti dayandırılıb. Əhali arasında tələfat barədə məlumatlar daxil olmayıb, ancaq insanlar əşyalarını, mal-qaranı xilas edə bilməyiblər. Hazırda qəsəbəyə texnika ilə yaxınlaşmaq belə mümkün deyil. Mal-qaranın tələf olduğu güman edilir. Avtomobil yolu ilə sürətli dağ çayı kimi axan güclü axın özü ilə ot bağlamalarını gətirib.

472