“Kənddə ona “Qız Fərda” deyərdilər”
Şahid: “Hadisədən bir müddət əvvəl Fərda Qədirovla bara getmişdik”
Mayın 7-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində baş vermiş qanlı olayla bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə şahid ifadələri dinlənilib. Gürcüstanın Marneuli rayonunun Daştəpə (Fərda Qədirovun anadan olduğu kənd) kənd sakini Zəhra Hüseynova ifadəsində Fərda Qədirovla Gürcüstanda qapı qonşu olduğunu söyləyib: “Biz Fərdanı tərbiyəli bir adam kimi tanıyırdıq. Anam Fərdanın mobil telefonu ilə mənə zəng etmişdi. Həmin vaxt Fərda bizdən Bakıda ona kirayə ev tutmağımızı xahiş etdi. Üstündən bir müddət keçəndən sonra Fərda Bakıda artıq kirayə ev tutduğunu bildirdi”.
Sonra Neft Akademiyasının 3-cü kurs tələbəsi Anar Məmədhəsənov ifadə verib. O, F. Qədirovun tələbə Savalan Cabbarovla dalaşdığını gördüyünü söyləyib: “Güllə səsləri gəldi. Mən otaqdan çıxanda koridorda əlisilahlı bir nəfərin bizə tərəf qaçdığını gördüm. Bu zaman Savalan Fərdanı arxadan tutdu. Yerə yıxmaq istəyəndə Fərda onun əlindən çıxıb, güllə ilə boynundan vurdu. Savalan yerə yıxıldı. Fərda sonra bir neçə dəfə atəş açdı”.
Neft Akademiyasında assistent işləyənlər Gülnaz Kərimova və Gülnarə Bağırova hadisənin təfərrüatları barəsində ifadə veriblər.
Daha sonra F.Qədirovun həmkəndlisi Əziz Qaraçayev ifadə verib. O, təqsirləndirilən şəxslərdən Nadir Əliyevi, Nəcəf Süleymanovu və Cavidan Amirovu tanıdığını söyləyib: “Fərda mənim kəndçim olub. Onun kənddə ləqəbi vardı. Hamı ona “Qız Fərda” deyirdi. Mən Fərdanı axırıncı dəfə təxminən aprelin 11-12-də Bakıda görmüşəm. Nadir Əliyevlə mənim iş yerimə gəlmişdilər. Oradan çıxıb bara getdik. Fərda bir qızla əylənməyə getdi. Nadirlə mən isə çöldə qaldıq”.
N.Əliyevin iş yoldaşı, dönərxanada işləyən Rövşən Abbasov ifadəsində bildirib ki, hadisə baş verən gün N.Əliyev işə saat 08:30-da gəlib: “Hadisəni biz radiodan eşitdik. Onu da eşitdik ki, hadisəni törədən gürcüstanlıdır. Bundan sonra Nadiri lağa qoymağa başladıq. Nadir yarım saat sonra işdən icazə alıb getdi”.
Proses mayın 11-də davam etdiriləcək.
Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Amirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.
Amirov Cavidan Fərman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb.
Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Fərid Əkbərov

401