Ölkə rəsmiləri fəlakət bölgəsindədirlər
Kürün bəndləri yarması nəticəsində Şirvan şəhərinin Bayramlı qəsəbəsində və Sabirabad rayonunda yaranan vəziyyətlə bağlı formalaşdırılan operativ qərargah fəaliyyətə başlayıb.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qərargaha fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev rəhbərlik edir. Qərargah Sabirabad rayonunun Qaragünə kəndində, Dövlət Yol Polisinin postunda fəaliyyət göstərir.
Baş nazirin müavini Abid Şərifov və “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə də hadisə yerindədirlər. Əraziyə çoxlu sayda texnika, canlı qüvvə cəlb olunub, yaranmış vəziyyətin aradan qaldırılması üçün zəruri tədbirlər görülür.
Qeyd edək ki, Bayramlı qəsəbəsi ərazisində Kürün səviyyəsi durmadan artır. Çay Sabirabad rayonunun kəndlərinə doğru sürətlə irəliləyir. Kürün Bakı-Horadiz dəmir yolu xəttini basma təhlükəsi yaranıb. Əhali təşviş içindədir. Ərazidə olan bəzi obyektlər tamamilə suyun altındadır. Bayramlı qəsəbəsi əhalisinin bir qismi suyun əhatəsində qalıb. Məlumata görə, onların evakuasiyası üçün yalnız bir yol - Kürün üzərində olan dəmir yolu körpüsü qalıb.

355