Kür çayının Bakı-Horadiz dəmir yolunu basma təhlükəsi yaranıb
“Əraziyə zəruri texnika və material göndərilib”
Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində meydana gələn sel sularının Bakı-Horadiz dəmir yolunun Şirvan-Osmanlı mənzilində dəmir yolunu basma təhlükəsi yaranıb.
Bu barədə “APA-ECONOMICS”ə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
Kür çayından qalxan suyun dəmir yolu xəttinə yaxınlaşdığını deyən N.Əzməmmədov bildirib ki, ADY-nin İnfrastruktur departamenti sel sularının dəmir yolunu dağıtmaması üçün qabaqlayıcı tədbirlər görür: “Əraziyə zəruri texnika və material göndərilib. Hazırda adı çəkilən istiqamətdə qatarların hərəkətində problem yoxdur”.

562