NATO-ya qarşı vuruşan azərbaycanlıya 6 ay həbs
Suraxanı sakini “Taliban”ın tərkibində koalisiya qüvvələrinə qarşı döyüşlərdə iştirak edib
Mayın 6-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Əfqanıstanda və Pakistanda NATO qoşunlarına qarşı vuruşmaqda ittiham olunan Azərbaycan vətəndaşının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Vüqar İsayevə hökm moxunub. Hökmə əsasən, V. İsayev 6 ay müddətinə azadlıqdan məhrum edilib..
İttihama görə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi sakini 1975-ci il təvəllüdlü İsayev Vüqar Səfa oğlu 2008-ci ilin oktyabrından 2009-cu il sentyabrına kimi Əfqanıstanda və Pakistanda NATO qüvvələrinə qarşı döyüşən silahlı birləşmələrin tərkibində vuruşub. V.İsayev Azərbaycan vətəndaşı olan Vüsal Qasımovun rəhbərlik etdiyi Taliban qrupunun tərkibində koalisiya qüvvələrinə qarşı döyüşlərdə iştirak edib.
Pakistanda pasport rejimini pozduğuna görə saxlanılan V.İsayev 2009-cu ilin yanvarın 13-də Azərbaycana ekstradisiya olunub.
Qeyd edək ki, V.İsayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci (Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər) və 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə ittiham olunub.
Xatırladaq ki, keçən il Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə 13 Azərbaycan vətəndaşı mühakimə olunub. Belə ki, Şakir Xanbutov 1 il 6 ay, Araz Kəngərli 2 il 6 ay, Telman İsayev 2 il 6 ay, Tural Sultanov 2 il, Cahangir Bağırov, Əyyub Zeynalov, Seymur Əhədov, Emil Mirzəyev, Ceyhun Sadıqov, Şahin Muxtarov, Kəbir Vəlibəyov, Rövşən Paşayev və Vüqar Xəlilov 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Fərid Əkbərov

464