Şəmkirdə sürücü maşınında yanaraq öldü
05 may 2010 18:15 (UTC +04:00)

Şəmkirdə sürücü maşınında yanaraq öldü

Yük maşını ilə minik maşının toqquşması nəticəsində avtomobillərdən biri yanıb

Mayın 5-də saat 06:00 radələrində Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata əsasən, “VAZ 2106” ilə “KamAZ”ın toqquşması nəticəsində minik avtomobili alışaraq yanıb, nəticədə sürücü yanaraq ölüb.


Şəmkir-Qazax yolunun Şəmkir rayonu ərazisində baş vermiş hadisədə ölən Gəncə şəhər sakini 43 yaşlı Teymur Musayevdir. “KamAZ”ın sürücüsü isə 65 yaşlı Müxalif Hüseynovdur.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380

Oxşar yazılar