Quba-Xınalıq yolunda dağ uçdu
05 may 2010 17:00 (UTC +04:00)

Quba-Xınalıq yolunda dağ uçdu

200 tondan ağır daş parçaları yolu yenidən bağlayıb

Quba-Xınalıq yolunda yenidən dağ uçqunu baş verib. Bu barədə Lent.az-a Quba 6 saylı Yol İstismar İdarəsinin rəisi Aydəmir Manafov məlumat verib. Uçqun Quba-Xınalıq yolunun 38-ci km-də baş verib.

Aydəmir Manafovun sözlərinə görə, hazırda əraziyə güclü yağış yağır. Bu səbəbdən texnikanın işləməsində müəyyən problemlər yaranıb. Yola çəkisi 200 tondan ağır daş parçaları düşüb. Həmin daşları təmizləmək üçün əraziyə texnika cəlb olunub. Amma daşların ağırlığı texnika üçün də problemlər yaradır. İdarə rəisinin sözlərinə görə, Quba-Xınalıq yolu bu gün bərpa olunmuşdu. Uçqun nəticəsində yol yenidən bağlanıb.

Quba-Qonaqkənd yolunda isə hərəkət bərpa olunub. Quba Fövqəladə Hallar Komissiyasının sədri Sahib Məmmədov Lent.az-a bildirib ki, artıq rayon mərkəzi ilə əlaqəsi kəsilən 34 kənddə avtomobil yolu bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar