“Fərdanın gözləri qıp-qırmızı idi”
Təqsirləndirilən şəxs: “O, Neft Şirkətində işə düzələcəyini dedi”
Mayın 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində baş vermiş qanlı olayla bağlı cinayət işi üzrə məhkəmə prosesi günorta fasiləsindən sonra davam etdirilib.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə ifadə vermək üçün müraciət edib. Lakin təqsirləndirilənlərdən təkcə Ariz Qabulov ifadə verməyə razılaşıb. O, Fərda Qədirovu əvvəlcədən tanımadığını bildirib: “Bizi Gürcüstan-Bakı avtobusunda sürücü işləyən Elvar İsmayılov tanış edib. Mən həmin avtobusda yük yerlərinə nəzarət edən köməkçi işləyirəm. Bir həftə əvvəl Elvara demişdim ki, maddi çətinliyim var. Qardaşımın Bakıdakı evini kirayə vermək istəyirəm. Elvar da məni Fərda ilə tanış elədi. Onunla birlikdə Bakıya gəldik. Qardaşımın evinə baxdı. Qiymətdə Fərda ilə razılaşdıq”.
O, hadisəni televizorda gördüyünü söyləyib: “Mənim silahdan xəbərim yoxdur. Silah olan çantanı avtobusdan düşəndə Fərdanın əlində görmüşəm. Həmin çantanı avtobusa mən qoymamışam. Yəqin Elvar qoyub”.
Bakıya F.Qədirovla bir yerdə gəldiyini söyləyən A.Qabulov Fərdanı axırıncı dəfə aprelin 28-də gördüyünü söyləyib: “Onun gözləri qıp-qırmızı idi. Fərdadan soruşdum ki, Bakıda nə işlə məşğul olacaq? Dedi, Neft Şirkətinə işə düzələcək. Sonra həmin işin alınmadığını söylədi. Fərda dedi ki, bir dostu var, onunla market açacaq”.
Məhkəmə heyəti A.Qabulovun bu ifadəsi ilə ibtidai istintaq dövründə verdiyi ifadə arasında ziddiyyətlərin olduğunu söyləyib. A.Qabulov ifadələri arasında ziddiyyətin olmasının səbəbini ibtidai istintaq vaxtı ona edilən təzyiqlərlə bağlı olduğunu göstərib.
Məhkəmə digər təqsirləndirilən şəxslər ifadə verməkdən imtina etdiyinə görə, prosesin mayın 5-də şahid ifadələri ilə davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.
Amirov Cavidan Fərman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sürsatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb.
Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Fərid Əkbərov

592