7 aylıq qızını satan anaya 10 il həbs cəzası istənildi
04 may 2010 11:30 (UTC +04:00)

7 aylıq qızını satan anaya 10 il həbs cəzası istənildi

Mayın 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə insan alverində təqsirləndirilən Bakı şəhəri sakinləri Dadixa Elman, Fruhidə İlham və Zülfiyyə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib, Fruhidə İlhamın 12 il, Dadixa Elmanın 11 il, Zülfiyyə Hüseynovanın isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses müdafiə tərəfinin çıxışı ilə davam etdirilir.


İttihama görə, 2009-cu il iyunun 6-da təqsirləndirilənlər Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı Dəmir Yolu Stansiyasının ərazisində Z.Hüseynovanın 7 aylıq qızını 6400 manata satarkən tutulublar.


Qeyd edək ki, onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.3-cü (i yetkinlik yaşına çatmayan şəxs barəsində insan alveri etmək) və 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri etmək) maddələri ilə ittiham olunublar.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479

Oxşar yazılar