“Məni vuran adam Fərda Qədirova oxşamırdı”
ADNA-da baş vermiş qətliamla bağlı məhkəmədə zərərçəkmişlər ifadə verdilər
Mayın 3-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində baş vermiş qanlı olayla bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri prosesdə video çəkilişin aparılmasını xahiş ediblər. Lakin məhkəmə vəkillərin xahişini qəbul etməyib.
Prosesdə zərərçəkmişlərin ifadələri dinlənilib.
Neft Akademiyasının 3-cü kurs tələbəsi Mustafayev Elşən Elbəy oğlu ifadəsində hadisə baş verən vaxt Akademiyanın foyesində olduğunu bildirib. O, tələbə yoldaşları ilə birgə əlisilahlı bir şəxslə üz-üzə gəldiyini söyləyib: “Biz onu görüb, arxaya çəkildik. O, dərhal bizə atəş açdı. Güllə mənim əlimdən və alt çənəmdən dəydi. Yaralı-yaralı qaçıb özümü ikinci mərtəbədən yerə atdım”. E. Mustafayev təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını söyləyib: “Mən bu şəxsləri tanımıram, görməmişəm”.
Zərərçəkmiş Aslanov Sakit Sabirxan oğlu ifadəsində oğlu Ceyhunun ölüm xəbərini qohumlarından aldığını söyləyib: “İstintaq materiallarında yazılanlar düzdürsə, onlara ən ağır cəzanın verilməsini tələb edirəm”.
Digər zərərçəkmiş, hadisə zamanı həlak olan Tamella Əzizovanın oğlu Anar Əzizov Neft Akademiyasında baş verən hadisə barəsində iş yoldaşlarından eşitdiyini söyləyib. O, dərhal akademiyanın binasına getdiyini bildirib: “Mən içəri girəndə qapıda çoxlu polislər vardı. Anamın işlədiyi mərtəbəyə qalxdım. Anam ölü vəziyyətdə yerdə uzanmışdı”.
Sonra zərərçəkmiş, akademiyanın tələbəsi Sudan vətəndaşı Muhammed Mustafa ifadə verib. O, əlisilahlı şəxslə pilləkənlərdə qarşılaşdığını söyləyib: “O, ingiliscə pis söyüşlər söyə-söyə məni əli ilə vurub itələdi. Mən yerə yıxıldım. Daha sonra silahla iki dəfə atəş açdı. Biri əlimə dəydi, biri də boynuma. Şikəst qalmışam. Sağlamlığımda ağır problemlər yaranıb. Ağzımı aça bilmirəm. Qulağım kar olub”.
Zərərçəkmiş qismində ifadə verən Akademiyanın müəllimi Zemfira Hüseynli onu vuran adamın Fərda Qədirova oxşamadığını söyləyib: “O, sonradan şəkildə mənə göstərilən adama oxşamırdı. Mən onu yaxından gördüm. Onun üzündə maska yox idi. Saçı tərli idi. Düz gözümə baxırdı. O, mənə atəş açdı. Güllə ağzımdan dəydi, qulağımdan çıxdı. İndi kar qalmışam”.
Daha sonra Azərbaycan Dövlət Neft Akademiyasının prorektoru Baba Şıxıyev mülki iddiaçı qismində ifadə verib. O, baş vermiş hadisə nəticəsində akademiyaya 6000 manat ziyan dəyib.
Proses mayın 4-də digər zərərçəkmişlərin ifadəsi ilə davam etdiriləcək.
Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.
Amirov Cavidan Fərman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sürsatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb.
Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Fərid Əkbərov

477