Əsgər oğlunun zəngi ananı ölümdən xilas etdi
03 may 2010 12:00 (UTC +04:00)

Əsgər oğlunun zəngi ananı ölümdən xilas etdi

“28 May” metrosu yaxınlığında uçan evdən geriyə qalanlar

Bakının Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi 215 ünvanında mayın 2-də uçan evin yiyəsi son anda dağıntılar altında qalmaqdan qurtulub. Ev sahibi Cəmilə Məmmədovanın Lent.az-a bildirdiyinə görə hadisədən bir neçə saniyə əvvəl o, uçan otaqda olub.

Qızı onu başqa otağa çağıraraq əsgərlikdə olan Cəmilə Məmmədovanın oğlundan zəng gəldiyini bildirib. Danışmaq üçün başqa otağa keçən Məmmədova bir neçə saniyə sonra evlərinin bir hissəsinin uçduğunu görür.

Mayın 3-də hadisə yerində “Azəriqaz”ın işçiləri sıradan çıxmış boruları təmir edirdilər. 18 saylı Mənzil İstismar Sahəsinin baş mühəndisi Allahverdi Allahverdiyev Lent.az-a hadisədən bir neçə gün əvvəl ərazidə təhlükəsizlik tədbirləri gördüklərini bildirib. Onun sözlərinə görə, aprelin 27-dən etibarən küçənin başlarına qadağa lenti çəkilib və buraya avtomobillərin giriş-çıxışı qadağan edilib. Allahverdi Allahverdiyev uçqunun qarşısının alınması üçün tədbirlər görülməməsini isə vaxt çatışmazlığı ilə izah edib.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438

Oxşar yazılar