Qusarda sürüşmə: təhlükəli zonadan 5 ev köçürülüb
01 may 2010 16:30 (UTC +04:00)

Qusarda sürüşmə: təhlükəli zonadan 5 ev köçürülüb

Qusarın Urva kəndində sürüşmə davam edir. Lent.az-ın bölgə müxbirinin məlumatına görə, ötən ilin martından başlayan və bu il yenidən fəallaşan sürüşmə nəticəsində kənd təhlükəli vəziyyətlə üzləşib. Sürüşmə zonasında 15 ev yerləşir. Uçmaq təhlükəsi olan 5 qəzalı evin sakinləri təhlükəsiz əraziyə köçürülüb.

Qusar rayon Fövqəladə Hallar Komissiyasının sədri Alif Məmmədov Lent.az-a bildirib ki, digər 10 evdə də çatlar var. Onun sözlərinə görə, hazırda ərazidə güclü yağış yağır. Yağıntı kəsildikdən sonra sürüşmənin daha da intensivləşəcəyi proqnozlaşdırılır. Baş verə biləcək faciənin qarşını almaq məqsədilə rayon FHK-ı vəziyyəti nəzarətdə saxlayır.

Alif Məmmədovun sözlərinə görə, bir neçə gün öncə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kənddə olub, əraziyə yenidən baxış keçiriblər. Sürüşmə baş verən ərazidən əhalinin köçürülməsi yeni yaşayış evlərinin tikintisinə 2.5 hektar torpaq sahəsi ayrılıb.
Burda 15 ev tikilməsi planlaşdırılır. Artıq layihə-smeta sənədləri hazırdır.

A.Məmmədovun sözlərinə görə, rayon icra hakimiyyətindən asılı olan bütün tədbirlər görülüb.

Qeyd edək ki, Qusarın Urva kəndində torpaq sürüşməsi 2009-cu ilin mart ayının 14-dən başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354

Oxşar yazılar