Türkiyədə 9 il axtarılan qatil Sumqayıtda yaxalandı
30 aprel 2010 16:30 (UTC +04:00)

Türkiyədə 9 il axtarılan qatil Sumqayıtda yaxalandı

Respublika daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfəri odlu silahla qətlə yetirdiyinə və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğuna görə Türkiyə Respublikasının daxili işlər orqanları tərəfindən axtarışda olan Sarıbaş Mehmet Erdal Sumqayıt şəhəri ərazisində yaxalanıb.



Bu barədə Lent.az-a Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Müəyyən edilib ki, o, özünü Türkiyə vətəndaşı Ölməz Mustafa Zəkəriyyə kimi təqdim edərək saxta sənədlərlə Sumqayıt şəhərində yaşayıb və orada ailə qurub.



Sarıbaş Mehmet Erdal ilkin dindirmə zamanı törətdiyi cinayətləri – 2001-ci ildə Türkiyənin Kilis şəhərində odlu silahdan istifadə etməklə iki nəfəri qətlə yetirdiyini və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu tam etiraf edib.


Hazırda onun ölkəsinə ekstradisiyası üçün müvafiq tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21