Neft Akademiyasındakı qətliamdan bir il ötdü
30 aprel 2010 13:45 (UTC +04:00)

Neft Akademiyasındakı qətliamdan bir il ötdü

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 1 il ötür.


2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı, 29 yaşlı Fərda Qədirov məktəbin Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olaraq inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açıb. Nəticədə 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Daha sonra o, özünü öldürüb.


Hadisə ilə bağlı dərhal Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F. Qədirovla əlaqəli olan şəxslər- Cavidan Amirov, Ariz Qabulov, Nadir Əliyev və Süleyman Nəcəfov cinayət məsuliyyətinə cəlb olunub.


Fərda Qədirovun barəsində olan cinayət işinə isə xitam verilib.

Hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə adı çəkilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi gedir. Onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3, 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham elan olunub.

Fərid Əkbərov
.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 281

Oxşar yazılar