Leypsiq stansiyasında bomba partladı
Almaniya polisi gücləndirilmiş iş rejiminə keçdi
Almaniyanın Leypsiq şəhərində elektrik qatarı stansiyasında partlayış baş verib.
Lent.az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, kustar üsulla düzəldilmiş bomba bilet satılan kassanın yaxınlığındakı borunun içərisində gizlədilibmiş.
Partlayış baş verən anda kassanın önündə az sayda insanlar olub və onlar xəsarət almayıblar. Polis hadisə yerində axtarış zamanı kustar üsulla hazırlanmış, partlamamış digər bir bomba da aşkarlayıb. Stansiya bağlanıb.
Alman polisi ölkə miqyasında gücləndirilmiş iş rejiminə keçib. Qeyd edək ki, bundan bir neçə gün əvvəl Leypsiqdə 20 yaşlı oğlan velosipeddə kustar üsulla hazırlanmış 2 bomba apararkən təsadüfən saxlanılıb.
Xatırladaq ki, bir ay əvvəl “Taliban” hərəkatına qoşulmuş bir neçə silahlı almanın görüntüləri internet saytlarında yerləşdirilib və onlar baş nazir Angela Merkeli hədələyiblər.

349