“Maştağa-Nardaran” kəmərində qaz sızması olub
28 aprel 2010 17:00 (UTC +04:00)

“Maştağa-Nardaran” kəmərində qaz sızması olub

Təmir işləri ilə əlaqədar Siyəzən rayonunun bəzi kəndlərinə və Maştağaya təbii qazın verilişində məhdudiyyətlər olacaq

Bu gün saat 10.00-dan 18.00-dək yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar olaraq Maştağa Qazpaylayıcı Stansiyasından qidalanan “Maştağa-Nardaran” orta təzyiqli qaz kəmərində, eləcə də qaz sızmasının ləğvi məqsədi ilə aparılan təmir işləri ilə əlaqədar saat 10.00-dan 15.00-dək “Yaşma-Siyəzən” qaz kəmərində təbii qazın verilişi dayandırılacaq.

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar olaraq Siyəzən rayonunun Zarat, Qara Siyəzən, Beşdam kəndlərində, eyni zamanda Maştağa qəsəbəsinin bir hissəsində və Albalılıq deyilən ərazidə təbii qazın verilişində fasilə yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442

Oxşar yazılar