İnsan alveri ilə mübarizə həftəliyi keçiriləcək
28 aprel 2010 15:00 (UTC +04:00)

İnsan alveri ilə mübarizə həftəliyi keçiriləcək

Mayın 1-dən 7-nə kimi Azərbaycanda insan alveri ilə mübarizəyə dair həftəlik keçiriləcək. Bu barədə Lent.az-a Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyindən məlumat verilib.
Həftəlik çərçivəsində polisdə 152 saylı “qaynar xətt”i açılacaq. Həftəlik zamanı insanların problemə diqqətini cəlb etmək üçün güllər, şarlar paylanacaq. Bu məqsədlə artıq üzərinə polisdə 152 saylı “qaynar xətt”in nömrəsi yazılmış 5 min şar alınıb. Bundan başqa, 3 min qızılgül alınacaq.
Tədbirlər Bakı, Sumqayıt, Gəncə və Şirvanda keçiriləcək.

Həftəliyə ATƏT və Azərbaycanın Daxili İşlər Nazirliyi dəstək verir.
Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376

Oxşar yazılar