Yeri bir neçə dəfə dəyişdirilən cəsəd tapıldı
27 aprel 2010 15:00 (UTC +04:00)

Yeri bir neçə dəfə dəyişdirilən cəsəd tapıldı

Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşlarının birgə səyləri nəticəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 2004-cü ildə törədilmiş qətl hadisəsinin üstü açılıb. Bu barədə Lent.az-a Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr Şöbəsindən məlumat verilib.

Belə ki, Saatlı rayonunun Qara Nuru kənd sakini, 1956-cı il martın 6-da anadan olmuş Əsədov Əvəz Şirnalı oğlunun qətlə yetirilməsilə bağlı PX əməkdaşlarının apardıqları əməliyyat tədbirlərinin də əhəmiyyəti olub.

Basdırılma yerinin qatillər tərəfindən bir neçə dəfə dəyişdirilməsinə baxmayaraq, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Əsgərovun cəsədi kənd ərazisindən tapılaraq çıxarılıb.

Araşdırma zamanı qətli törətməkdə təqsirli bilinən şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunub. Fakt üzrə Saatlı rayon Prokurorluğu tərəfindən istintaq aparılır.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 309

Oxşar yazılar