60 yaşlı kişinin qısqanclığı
27 aprel 2010 12:00 (UTC +04:00)

60 yaşlı kişinin qısqanclığı

O, arvadını belin sapı ilə döyərək öldürüb


Aprelin 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə həyat yoldaşını öldürməkdə təqsirləndirilən 60 yaşlı Hacı Asif Hacı oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Lent.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda A.Hacının cinayət işi üzrə məhkəmə baxışı mayın 11-ə təyin edilib.



İttihama görə, 2009-cu ilin oktyabrın 17-də Bakı sakini A.Hacı qısqanclıq zəminində həyat yoldaşı, 1960-cı il təvəllüdlü Ziyafət Əliyevanı taxta parçası ilə döyərək öldürüb. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Hacı tutulub.


O, ibtidai istintaqa ifadəsində bildirib ki, həyat yoldaşından 2009-cu ilin avqust ayından şübhələnməyə başlayıb. A.Hacı arvadının telefonuna müxtəlif nömrələrdən mesaj gəldiyini söyləyib: “Mənim evə tez gəlməyimə də deyinirdi. Şübhələrimə əmin olduqdan sonra onu öldürmək qərarına gəldim. Belin sapı ilə döyərək onu öldürdüm”.


Qeyd edək ki, A. Hacı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362

Oxşar yazılar