Şagirdini zorlayan müəllimə 13 həbs cəzası
Aprelin 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə şagirdini zorlamaqda təqsirləndirilən orta məktəb müəlliminin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Qaradağ rayonunda yerləşən 294 saylı orta məktəbin müəllimi, 1959-cu il təvəllüdlü Şahin Yusifova hökm oxunub. Hökmə əsasən, Ş. Yusifov 13 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2009-cu ilin avqustunda Ş.Yusifov yaşadığı Qaradağ rayonu Ümid qəsəbəsində qonşusu, 1995-ci il təvəllüdlü C.B-yə ( şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib. İstintaqla müəyyən edilib ki, Ş.Yusifov 2006-cı ildən etibarən mütəmadi olaraq qızla cinsi əlaqədə olub.
Bundan başqa, Ş.Yusifov zorladığı qızın anası və qardaşına qarşı da əxlaqsız hərəkətlər etməkdə də ittiham olunur.
Belə ki, Ş.Yusifov zorladığı C.B. ilə qapı qonşu olub. 2006-cı ildən başlayaraq, onların evinə gəlib-gedən Ş. Yusifov həmin ailənin imkansızlığından istifadə edərək, onları əsarət altında saxlayıb. C.B-nin anası da Ş. Yusifovun işlətdiyi kafedə qabyuyan işləyib.
İçki asılılığı olan Ş.Yusifov tez-tez bu evdə dava salaraq, qızı və anasını döyüb. Hətta günlərin birində C.B-ni evdə qardaşının gözü qarşısında zorlayaraq həmin mənzərəni mobil telefonuna çəkib.
2009-cu ilin avqustun 23-də yenə C.B-nin evinə gələn Ş.Yusifov zorla onunla cinsi əlaqəyə girəcəyini söyləyib. Bundan əsəbiləşən qızın xalası Qaradağ rayon Polis İdarəsinə müraciət edib. Ş. Yusifov hadisə yerinə gələn polis əməkdaşları tərəfindən tutulub.
Qeyd edək ki, Şahin Yusifovun 9 illik müəllimlik fəaliyyətinə 2009-cu ilin avqustun 24-də xitam verilib.
Ş.Yusifov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham olunub.
F.Ə

363