Daşkəsəndə 65 yaşlı kişi özünü güllələdi
27 aprel 2010 11:15 (UTC +04:00)

Daşkəsəndə 65 yaşlı kişi özünü güllələdi

Azərbaycanın Daşkəsən rayonunda silahlı insident baş verib.


Bu barədə APA-ya Daşkəsən rayon Prokurorluğundan məlumat verilib.


Hadisə aprelin 26-dan 27-nə keçən gecə qeydə alınıb. Daşkəsən şəhər sakini, 65 yaşlı Çingiz Musayev ov tüfəngi ilə özünə atəş açıb. O, döş qəfəsində aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib. Ç.Musayevin özünə qəsd etməsinin səbəbləri barədə hələlik heç bir məlumat yoxdur.


Faktla bağlı Daşkəsən rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 373

Oxşar yazılar