Saxta qızıl məmulatları hazırlayan dəstə üzvləri həbs olundu
23 aprel 2010 16:00 (UTC +04:00)

Saxta qızıl məmulatları hazırlayan dəstə üzvləri həbs olundu

Gəncə şəhər Polis İdarəsinin əməkdaşları saxta qızıl məmulatlarının hazırlanması, satılması, bank və vətəndaşlara girov kimi qoyaraq külli miqdarda pulların mənimsənilməsində təqsirli bilinən 7 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvlərini həbs ediblər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Mütəşəkkil dəstənin üzvləri gümüş məmulatlarının üzərinə qızıl suyu çəkərək 583 əyarlı qızıl adı ilə vətəndaşları aldadıblar. Zərərçəkmiş vətəndaşlardan 2 kiloqrama yaxın qızıla oxşar məmulatlar aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaqla sübuta yetirilib ki, dəstənin başçısı, Gəncə şəhər sakini, 26 yaşlı Anar Həsənov 37 yaşlı Gülnar Allahverdiyeva ilə cinayət əlaqəsinə girərək saxta qızıl hazırlayıb dövriyyəyə buraxmaqla məşğul olublar.


Anar Həsənov Cavadxan, 166 ünvanında yerləşən özünə məxsus evin zirzəmisində gizli sexdə gümüş tərkibli xam materialdan müxtəlif formalı boyunbağı və qolbaqlar düzəldərək onları qızıl suyuna salıb. Bundan sonra xüsusi aparatla saxta qızıllara 583 əyarını vurub.


Qabaqcadan əldə olunmuş razılığa əsasən Gülnar Allahverdiyeva saxta qızılları satmaqla yanaşı, tanışları Rövşən Qasımov, Sahib Əliyev, Tofiq Salmanov, Vüsal Məmmədov və Vüsalə Həsənovanı da mütəşəkkil dəstəyə cəlb edib. Onların vasitəçiliyi ilə saxta məmulatlar ayrı-ayrı vətəndaşlara qızıl adı ilə girov qoyularaq onlardan külli miqdarda pul götürülüb.


Bundan başqa, cinayətkar əməllərini davam etdirən mütəşəkkil dəstənin başçısı Anar Həsənovun ekspert-zərgər kimi çalışdığı banka tanışlarının vasitəsi ilə saxta məmulatları girov qoyaraq 10 min manata yaxın pul mənimsəməsi də sübuta yetirilib.


İstintaqla o da müəyyən edilib ki, dəstə üzvləri hələlik şəxsiyyəti araşdırılan Təranə adlı qadının vasitəsi ilə 5 kiloqrama yaxın eyni üsulla saxtalaşdırılmış məmulatları Rusiya Federasiyasına göndəriblər.


Anar Həsənovun yaşadığı mənzilin zirzəmisinə baxış zamanı müxtəlif cihazlar, alətlər və xammallar maddi sübut kimi götürülüb.


Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Mütəşəkkil dəstənin digər cinayətləri araşdırılır. Saxta qızıl məmulatlarının paytaxt və digər bölgələrdə də dövriyyəyə buraxıldığı ehtimal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21