Qumar borcuna görə dostunu öldürənə 14 il həbs cəzası verildi
Aprelin 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qumar borcuna görə dostunu öldürməkdə təqsirləndirilən Bakı şəhər sakininin cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.
Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən, 1983-cü il təvəllüdlü Bəşirov İmanulla Nuhi oğluna hökm oxunub. Hökmə əsasən, İ.Bəşirov 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə 2009-cu il noyabrın 21-də Bakı şəhəri sakini İ.Bəşirov 1980-ci il təvəllüdlü Nurməmmədov Şahin Pərviz oğlunu güllələyib və hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən 20 gün sonra Yasamal RPİ Cinayət Axtarış Şöbəsinin və 26-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bəşirov İmanulla Nuhi oğlu tutularaq istintaqa təhvil verilib. O, ilkin ifadəsində Ş.Nurməhəmmədovu qumar borcu üstündə öldürdüyünü bildirib.
Qeyd edək ki, İ. Bəşirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham olunub.
Fərid Əkbərov

378