“McDonalds”da bomba həyəcanı
22 aprel 2010 15:15 (UTC +04:00)

“McDonalds”da bomba həyəcanı

Axtarışlar nəticəsində partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib

Dünən gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən "McDonalds" restoranında həyəcanlı dəqiqələr yaşanıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, restoranda partlayıcı qurğunun yerləşdirilməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün göstərilən ünvana cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerinə gəlmiş xilasedicilər həmin vaxt qeyd olunan restoranda və yaxınlığında olan insanların təhlükəsizliyini təmin edib, daha sonra nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə restoranda (texniki və xidməti otaqlarda, çardaqda, elektrik və digər məişət avadanlıqlarında, şitlərdə, sanitar qovşağında, zirzəmidə, masa və oturacaqlarda, mətbəxdə və s.) və yaxınlığında axtarış aparıblar.

Axtarışlar nəticəsində partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 23:00-da başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar