Şöhrət Quliyev ittihamları qəbul etmədi
“Mən heç bir bandaya rəhbərlik eləməmişəm”
Aprelin 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 2003-2004-cü illərdə Azərbaycanda sifarişli qətllər törətməkdə təqsirli bilinən Şöhrət Quliyevin başçılıq etdiyi dəstənin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktına görə, 2003-cü ilin dekabr ayında Şöhrət Quliyev Mehman Qəhrəmanovla birgə Anar Həsənov, Səxavət Xudiyev, İlham Şabanov, Xəzər Kazımov və Elmar Qasımovdan ibarət silahlı mütəşəkkil dəstə yaradıblar. Dəstə üzvləri iş adamı Əhməd İbrahimovu, Gəncə şəhər sakini Kamal Ələkbərovu öldürməkdə ittiham olunurlar.
Şöhrət Quliyev, Mehman Qəhrəmanov, İlham Şabanov, Anar Həsənov, Səxavət Xudiyev, Xəzər Kazımov, Məharət İsmayılov, Rabit Abdinov, Elim Şahmuradov, Bilal Verdiyev, Nuru Atayev və İlahibə Ələsgərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 217-ci (Banditizm) və 228-ci (Qanunsuz olaraq odlu silah, sursat əldə etmə və saxlama) və digər maddələri ilə təqsirləndirilirlər.
Təqsirləndirilən Şöhrət Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, heç bir bandaya rəhbərlik etməyib: “Cinayət işini aparan müstəntiqin məhkəməyə gələrək verdiyi maddələri sübut etməsini tələb edirəm. Əlavə olaraq vergidən yayındığımı da deyirlər. Mən 20 il işləmişəm. Niyə indiyə qədər vergidən yayındığım deyilmirdi, məni tutandan sonra üstümə bu maddəni də qoyublar”.
Digər təqsirləndirilən Mehman Qəhrəmanov da ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib. İlham Şabanov və Anar Həsənov özlərini qəsdən adam öldürmədə təqsirli biliblər, qalan maddələrlə isə razılaşmayıblar. Səxavət Xudiyev heç bir maddə ilə özünü təqsirli bilməyib, Xəzər Kazımov sadəcə silah gəzdirmə ittihamı ilə qismən təqsirli bilib.
Proses təqsirləndirilən İlham Şabanovun ifadəsi ilə davam etdirilir.
Fərid Əkbərov

542