Prokuror şagirdini zorlayan müəllimə 14 il cəza istədi
20 aprel 2010 12:30 (UTC +04:00)

Prokuror şagirdini zorlayan müəllimə 14 il cəza istədi

Aprelin 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə şagirdini zorlamaqda təqsirləndirilən orta məktəb müəlliminin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.



Lent.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Qaradağ rayonunda yerləşən 294 saylı orta məktəbin müəllimi, 1959-cu il təvəllüdlü Şahin Yusifova cəza istəyib.


Dövlət ittihamçısı Ş.Yusifovun 14 il müddətinə azadlıqdan məhrum olunmasını xahiş edib. Proses aprelin 27-də müdafiə tərəfinin çıxışı ilə davam etdiriləcək.


İttihama görə, 2009-cu ilin avqustunda Ş. Yusifov yaşadığı Qaradağ rayonu Ümid qəsəbəsində qonşusu, 1995-ci il təvəllüdlü C.B-yə ( şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib. İstintaqla müəyyən edilib ki, Ş.Yusifov 2006-cı ildən etibarən mütəmadi olaraq qızla cinsi əlaqədə olub.

Bundan başqa, Ş.Yusifov zorladığı qızın anası və qardaşına qarşı da əxlaqsız hərəkətlər etməkdə də ittiham olunur.


Belə ki, Ş.Yusifov zorladığı C.B. ilə qapı qonşu olub. 2006-cı ildən başlayaraq, onların evinə gəlib-gedən Ş.Yusifov həmin ailənin imkansızlığından istifadə edərək, onları əsarət altında saxlayıb. C.B-nin anası da Ş. Yusifovun işlətdiyi kafedə qabyuyan işləyib.
İçki asılılığı olan Ş.Yusifov tez-tez bu evdə dava salaraq, qızı və anasını döyüb. Hətta günlərin birində C.B-ni evdə qardaşının gözü qarşısında zorlayaraq həmin mənzərəni mobil telefonuna çəkib.


2009-cu ilin avqustun 23-də yenə C.B-nin evinə gələn Ş.Yusifov zorla onunla cinsi əlaqəyə girəcəyini söyləyib. Bundan əsəbiləşən qızın xalası Qaradağ rayon Polis İdarəsinə müraciət edib. Ş.Yusifov hadisə yerinə gələn polis əməkdaşları tərəfindən tutulub.


Qeyd edək ki, Şahin Yusifovun 9 illik müəllimlik fəaliyyətinə 2009-cu ilin avqustun 24-də xitam verilib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham olunur.

F.Ə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar