“Axşamınız xeyr, Əzizbəyov metrosuna bomba qoymuşam”
Bomba barədə yalan məlumat verən gəncin məhkəməsi başladı
Aprelin 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı Metropoliteninin Əzizbəyov stansiyasına bomba qoyulması ilə bağlı yalan məlumat verən Füzuli rayon sakinin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, 2010-cu il yanvarın 5-də Füzuli rayonu Kürdmahmudlu kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Elnur Azad oğlu mobil telefonla Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 xidmətinə zəng edərək, Əzizbəyov stansiyasına bomba qoyulması ilə bağlı məlumat verib. FHN-nin və hüquq-mühafizə orqanlarının apardıqları axtarış zamanı metrostansiyada partlayıcı maddə aşkarlanmayıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Əliyev polis tərəfindən saxlanılıb.
E.Əliyev məhkəmədə verdiyi ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu söyləyib: “Dayımın telefonu ilə zəng etdim, dəstəyi qadın götürdü. Ona “axşamınız xeyr xanım, Əzizbəyov metrosuna bomba qoymuşam” - dedim. Bir azdan təzədən zəng edib zarafat elədiyimi söylədim”.
E.Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur.
Fərid Əkbərov

530