Arvadını baltalayan şəxsə 15 il həbs cəzası
19 aprel 2010 13:30 (UTC +04:00)

Arvadını baltalayan şəxsə 15 il həbs cəzası

Aprelin 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə arvadını öldürməkdə təqsirləndirilən Quba rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Tanrıverdi Pirməmmədova hökm oxunub. Hökmə əsasən, T. Pirməmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2009-cu ilin iyul ayında Qubanın Rustov ərazi vahidliyinin Xanəgah kəndində kənd sakini Tanrıverdi Pirməmmədov həyat yoldaşı, 34 yaşlı Kifayət Sultanovanı balta ilə öldürüb. O, həyat yoldaşının əsasən başına zərbələr endirib və başını demək olar ki, tamamilə parçalayıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375

Oxşar yazılar