Yevlax sakini həmyerlisini güllələdi
17 aprel 2010 19:00 (UTC +04:00)

Yevlax sakini həmyerlisini güllələdi

Hadisə şəxsi münaqişə zəminində baş verib

Dünən saat 12.00 radələrində Yevlax şəhər sakin Qurbanov Elnur Əliş oğlu şəxsi münasibətlər zəminində Yevlax şəhər sakini Rəfiyev Rəfael Cəlil oğlunu güllələyib.


Yevlax Rayon Prokurorluğundan Lent.az-a bildiriblər ki, Elnur Qurbanovun həmyerlisinə tapançadan 2 dəfə atəş açıb. Nəticədə ağır yaralanan zərərçəkən xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağırdır.


Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və araşdırmalara başlanıb. Hadisə ilə bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 maddəsi ilə cinayət işi qaldırılıb. Hadisəni törətmiş şəxs tutularaq istintaqa təhvil verilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 431

Oxşar yazılar